Bu gün AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə Məşqçilər Komitəsinin üzvlərinin görüşü keçirilib.
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan milli komandalarının hazırkı durumu, mövcud problemlər və onların həlli yolları barədə fikir mübadiləsi aparılıb.