"Hər həftə UEFA tərəfindən xəbərdarlıq gəlir" - Elxan Məmmədov - AÇIQLAMA

11:22 15 Mart 2017

“2016-cı il Azərbaycan futbolunda hadisələrlə dolu zəngin il oldu. “Qarabağ” və “Qəbələ” Avropa Liqasında uğurlu çıxış etdi, milli bizi sevindirdi. Müsbət məqamlarla yanaşı, mənfi məqamlardan da danışmaq lazımdı”.

 

Sportarena.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Assosiasiyanın baş katibi mənfi məqamlardan danışarkən, I divizionda baş verən hadisələrə toxunub:

 

“Mənfi məqamlardan ən vacibi I divizionda danışılmış oyunlarla bağlı şübhə oldu. Bu, virus, cinayətdi. Artıq qanuna dəyişiklik tətbiq olunub. Belə hallar cinayət işi kimi qəbul ediləcək. Biz də buna qarşı mübarizə aparacağıq. Məsələ ilə bağlı araşdırma prosesinə başladıq. Bu prosesə bir çox insanlar cəlb olundu. İntizam Komissiyası ötən il bəzilərinə sanksiya tətbiq etdi. Lakin 2017-ci ilin ilk 3 ayında hər həftə UEFA tərəfindən xəbərdarlıq gəlir. UEFA ilə əməkdaşlıq müqaviləsi bağlanılıb. Bundan sonra dünyanın bütün liqalarını izləməyə başladılar və mərc oyunlarının təhlili aparıldı. İl ərzində təxminən 30 min oyuna nəzarət edilir, sonra isə bütün federasiyalara məlumat göndərilir. Bu artıq sübutdu ki, cinayət işi baş verib. Bu məlumat federasiyaya göndərildikdən sonra federasiya polislə birlikdə araşdırmağa başlayır. Biz çalışmalıyıq ki, Premyer Liqamızı belə təmiz saxlayaq və I divizionu bu virusdan sağaldaq”.

 

 

Məmmədov bildirib ki, Azərbaycan futbol ailəsi bu xəstəliyə qarşı mübarizəni birlikdə aparmalıdı:

 

“Əks təqdirdə, Azərbaycan futboluna sanksiyalar tətbiq oluna bilər. Əlimizdən gələni etməliyik ki, bu virus, şübhə digər idman növlərinə də siraət etməsin. Son zamanlar Azərbaycan Premyer Liqasında 8 komandanın iştirakı müzakirə olunur. Biz də istərdik ki, çempionatda 10, daha sonra 12 komanda mübarizə aparsın. Amma açıq danışmaq lazımdı ki, bu, maliyyədən asılıdı. Premyer Liqa ilə müqayisədə uşaq komandalarının sayı ildən-ilə çoxalır. Çempionlar Liqasının finalını keçirməyə Bakının namizədliyi irəli sürülüb. Bir rəqibimiz var, o da Madriddi. Olimpiya Stadionumuzun namizədliyini irəli sürmüşük. UEFA-nın tələbinə əsasən, ÇL-in finalını keçirən stadion minimum 70 min azarkeş tutumuna malik olmalıdı. Olimpiya Stadionu isə 68 minlikdi. Lakin işlərə başlayıb, tribunaların sayını artıracağıq. Daha 2 min yer əlavə olunacaq. Avropa Liqasında isə bizim stadionumuz rəqiblərlə müqayisədə tələblərinə daha yaxşı cavab verir. Burda şansımız daha çoxdu. Bunu AVRO-2020-nin 4 oyununa bir hazırlıq kimi keçirmək istəyirik. Çempionlar Liqasının tələblərinə uyğun olaraq, hava limanımız gün ərzində 200 çarter reysini qəbul etməyə hazır olmalıdı. İyun ayında son tender sənədlərini təqdim edəcəyik. İyul və avqust ayında isə UEFA-nın ekspertlərinə gəlib baxacaq. Bundan sonra müvafiq qərar qəbul ediləcək. Rövnəq müəllimin dediyi kimi, UEFA-nın İcraiyyə Komitəsinə namizədliyim irəli sürülüb. 28 ölkəyə səfər edib, seçki proqramımı təqdim etmişəm”. (Apasport)


Digər xəbərlər

Xəbər xətti