Bu gün AFFA-nın növbəti hesabat konfransı keçirilir.
Sportarena.az xəbər verir ki, tədbirdə İcraiyyə Komitəsində vakant olan bir yerə seçki keçirilib. Vakant yerə yeganə namizəd Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov olub.
Onun namizədliyi Sahə Futbol Federasiyaları İctimai Birliyi tərəfindən irəli sürülüb. Açıq səsvermədə Axundov İcraiyyə Komitəsinin üzvü seçilib.