"Lester Siti"n Çempionlar Liqasının 1/8 final mərhələsində "Sevilla" səddini keçərək növbəti dəfə tarix yazıb.
Sportarena.az xəbər verir ki, "tülkülər"in 2:0 hesabıyla qalib gəldiyi cavab görüşü komandanın müdafiəçisi Ves Morqan üçün xüsusilə əlamətdar olub. 27-ci dəqiqədə hesabı açan Morqan Çempionlar Liqasında qol vuran ilk yamaykalı futbolçu kimi tarixə düşüb.
Turnirdə bura qədər 94 ölkənin nümayəndələri qol vurub. Birinci pilləni 189 qolla braziliyalı futbolçular tutur.