Dortmund “Borussiya”sı ciddi itkiylə üzləşib.
Sportarena.az xəbər verir ki, sağlıq problemləriylə əlaqədar bir müddətdi yaşıl meydanlardan kənarda qalan Mario Götze mövsümü başa vurub. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Yarımmüdafiəçidə maddələr mübadiləsi pozulduğundan bir müddətdi yaşıl meydanlardan kənarda qalmışdı.Götze müalicəyə müsbət reaksiya versə də, onun ən tezi yayda sıraya qayıdacağı qeyd edilib. Almaniya millisinin üzvü hazırda fərdi şəkildə məşq edir.
Qeyd edək ki, Marionun müailcəsi uğurlu alınmasaydı, futbolçu karyerasını başa vurmaq məcburiyyətində qalacaqdı.