AFFA-dan hakimləri təhqir edən baş məşqçiyə ağır cəza

13:00 16 Mart 2017

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda birinci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

 

Birinci divizionun 19-cu turunun “Səbail” - “Turan Tovuz” matçının 90+2-ci dəqiqəsində “Səbail”in futbolçusu Saşa Yunisoğlu sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

 

"Energetik” - “Ağsu” matçında “Energetik”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Energetik”in baş məşqçisi Sahib Qocayev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılıb, klub 400 manat cərimə olunub.

 

"Qaradağ Lökbatan” - “Şahdağ” matçının 73-cü dəqiqəsində “Şahdağ”ın futbolçusu Elçin Sədullayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

 

MOİK - “Rəvan” matçının 65-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Taqim Novruzov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

 

"Bakılı” - “Şəmkir” matçında “Şəmkir”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti