İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları davam edir.
Sportarena.az xəbər verir ki, Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparan yığma komandamız ikinci görüşünü də qələbə ilə başa vurub. İlk turda Türkiyəni 5:3 hesabı ilə məğlub edən güləşçilərimiz Belarusa da eyni hesabla qalib gəliblər.
Qeyd edək ki, yığmamız qrup mərhələsinin son turunda Ukrayna ilə qarşılaşacaq.
AZƏRBAYCAN - Belarus 5:3
59 kq - Taleh Məmmədov - Maksim Kajarski 1:2
66 kq - Nofəl Babayev - Yaraslav Kardaş 8:0
71 kq - Həsən Əliyev - Pavel Liax 9:0
75 kq - Elvin Mürsəliyev - Yahor Kasiankou 10:2
80 kq - Rafiq Hüseynov - Radzik Kuliyeu 2:0
85 kq - İslam Abbasov - Mikalai Stadub 3:0
98 kq - Orxan Nuriyev - Yahor Yaskavets 7:8
130 kq - Sabah Şəriəti - Heorhi Çuhaşvili 0:5