Almaniya millisinin heyəti açıqlandı - Bakıya kimlər gəlir? - Siyahı

15:23 17 Mart 2017

Bu il martın 26-da Azərbaycan millisiylə seçmə mərhələ matçında üz-üzə gələcək Almaniya yığmasının heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Yoahim Löv martın 22-də İngiltərəylə yoldaşlıq, Azərbaycanla seçmə mərhələ oyunu üçün 24 futbolçuya dəvət göndərib. Yeri gəlmişkən, almanların forvardı Lukas Podolski üçün İngiltərəylə oyun millidəki vida matçı olacaq.
 

Qapıçılar: Manuel Noyer (Bavariya), Mark-Andre ter Ştegen (“Barselona”, İspaniya), Bernd Leno (Bayer);

Müdafiəçilər: Mats Hummels, Coşua Kimmix (hər ikisi “Bavariya”), Yonas Hektor (Köln), Benedikt Hövedes (Şalke), Şkodran Mustafi (“Arsenal”, İngiltərə), Antonio Rüdiger (“Roma”, İtaliya), Niklas Süle, Sebastian Rudi (hər ikisi “Hoffenhaym”);

Yarımmüdafiəçilər: Yulian Brandt (Bayer), Əmrə Can (“Liverpul”, İngiltərə), Yulian Draksler (PSJ, Fransa), Sami Kxedira (“Yuventus”, İtaliya), Toni Kroos (“Real”, İspaniya), Məsut Özil (“Arsenal”, İngiltərə), Andre Şürrle, Yulian Vayql (hər ikisi “Borussiya”, Dortmund);

Hücumçular: Mario Qomes (Volfsburq), Tomas Müller (Bavariya), Leroy Sane (“Mançester Siti”, İngiltərə), Lukas Podolski (“Qalatasaray”, Türkiyə), Timo Verner (Leyptsiq)


Digər xəbərlər

Xəbər xətti