AFFA-nın baş katibi Elxan Məmmədov Kiprdə UEFA-nın təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib.
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA İcraiyyə Komitəsinə namizədliyi irəli sürülmüş Zbiqniev Boniek (Polşa), Kairat Boranbayev (Qazaxıstan), Con Delaney (İrlandiya), Armand Duka (Albaniya), Reinhard Qrindel (Almaniya), Marios Lefkaritis (Kipr), Karl-Erik Nilsson (İsveç), Kieran O’Konnor (Uels), Mişel Uva (İtaliya), Mikael van Praqın (Niderland) da iştirak etdiyi tədbirdə namizədlər seçki proqramı ilə bağlı ətraflı çıxış ediblər.
Tədbirin sonunda UEFA nümayəndələri tərəfindən danışılmış oyunlarla bağlı çıxış və müzakirələr aparılıb, milli assosiasiyalara bu cür hallarla daha ciddi mübarizə aparılması tövsiyə olunub.