Milli komandamızın hücumçusu Ramil Şeydayev formasını geydiyi Slovakiyanın “Jilina” klubunda növbəti oyununu keçirib.
Sportarena.az xəbər verir ki, “Jilina” ölkə çempionatının 24-cü turunda “Ruzemberok”u qəbul edib. Şeydayev 74-cü dəqiqədə meydana daxil olub. Matç həmyerlimizin komandasının 3:1 hesablı qələbəsi ilə tamamlanıb.
Qeyd edək ki, bununla da 2 oyunluq qələbə həsrətinə son qoyan “Jilina” 52 xalla çempionatın vahid lideridir.