Azərbaycan - Almaniya oyununun hakimi müəyyənləşdi

10:05 22 Mart 2017

Millimizin DÇ-2018-in  seçmə mərhələsində Almaniya ilə keçiriləcək oyunu üçün hakim təyinatları açıqlanıb.


Sportarena.az xəbər verir ki, matçı italiyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Daniele Orsato olacaq. Ona Mauro Tonolini və Rikardi Di Fiore kömək edəcək. Dördüncü hakim funksiyasını Marko Quida yerinə yetirəcək.


Qeyd edək ki, martın 26-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya oyunu saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti