İki futbolçu millimizin düşərgəsini tərk etdi

10:41 22 Mart 2017

"Neftçi"nin futbolçuları Ruslan Abışov və Namiq Ələsgərov millimizin düşərgəsindən ayrılıb.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, sözügedən oyunçular zədəli olduqları üçün DÇ-2018-in seçmə mərhələsində  Almaniya yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə təlim-məşq toplanışını tərk ediblər.

 

Qeyd edək ki, Azərbaycan - Almaniya görüşü martın 26-ı saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti