Almaniya İngiltərəyə qarşı - Podolski üçün son oyun

11:37 22 Mart 2017

Bu gün dünyanın yaşıl meydanlarında bir neçə yoxlama oyunu keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibi Almaniya İngiltərəylə üz-üzə gələcək. Bu oyun Almaniya millisinin hücumçusu Lukas Podolski üçün yığmada son oyun olacaq. Belə ki, “Qalatasaray”lı ingilislərlə qarşılaşmayla yığma karyerasına son qoyacaq.

 

Podolski 2004-cü ildən “panzerlər”in şərəfini qoruyurdu. O, milli formada meydana çıxdığı 129 oyunda 48 qola imza atıb. Lukas Almaniya millisiylə bir dəfə dünya çempionu (2014), iki dəfə dünya çempionatının bürünc medalçısı (2006, 2010), bir dəfə isə Avropa çempionatının gümüş medalçısı (2008) olub.

 

Qeyd edək ki, Almaniya millisi bu oyundan 4 gün sonra, martın 26-da Bakıda millimizin qonağı olacaq.


Digər xəbərlər

Xəbər xətti