Millmizin sabiq üzvü “Zaqatala”da

14:37 22 Mart 2017

Danışılmış oyunlarda iştirak etdiyi üçün I diviziondan uzaqlaşdırılan “Rəvan”ın futbolçusu Taqim Novruzov özünə yeni komanda tapıb.

 

Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi “Zaqatala” klubu ilə anlaşıb. O, mövsümün sonuna qədər komandanın uğurlar üçün çalışacaq.

 

Qeyd edək ki, millimizin sabiq üzvü olan Novruzov karyerası ərzində “Qarabağ”, “Simurq”, “Turan”, “Sumqayıt” və AZAL kimi komandalarda çıxış edib.


Digər xəbərlər

Xəbər xətti