DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan - Almaniya matçına böyük maraq var.
Sportarena.az xəbər verir ki, yerli azarkeşlər də bu oyuna ciddi hazırlaşır. Ölkəmizin tanınmış bir neçə fan-klubu bir araya gələrək milli komandaya birlikdə dəstək olmaqla bağlı razılığa gəlblər. Onlar "Azerbaijan United" adı altında birləşəcəklər.
10-a yaxın azarkeş qrupu məhz həmin ad altında matçı "E" sektorundan izləyəcəklər.