"Ürəyim Azərbaycanla döyünür" - Renat Dadaşov - AÇIQLAMA

11:13 23 Mart 2017

“Hamı məndən Azərbaycan millisini seçməyimin səbəbini soruşur. Azərbaycan mənim vətənimdir, valideyinlərim burada doğulub, ürəyim Azərbaycanla döyünür. Düşünürəm ki, düzgün qərar vermişəm".

 

Sportarena.az xəbər verir ki, bu sözləri millimizin yeni üzvü Renat Dadaşov "CBC Sport"a açıqlamasında deyib.  “Ayntraxt”ın U-19 komandasının oyunçusu DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə matç barədə danışıb. O, bu görüşü səbrsizliklə gözlədiyini bildirib:

 

"Əgər öz oyunumuzu göstərsək, yaxşı nəticə əldə edə bilərik. 90 dəqiqə ərzində bütün bacarığımızı ortaya qoyacağıq. Nəticəni isə zaman göstərəcək”.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Almaniya oyunu martın 26-ı saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti