UEFA 2018/19 mövsümündə ölkələrin reytinqinə əsasən Çempionlar Liqasında iştirak edəcək klublarla bağlı məlumat yayıb.
Sportarena.az xəbər verir ki, qitənin 1 nömrəli klub turnirində 2018/19 mövsümündən etibarən İspaniya, Almaniya, İngiltərə və İtaliya 4 klubla qrup mərhələsində təmsil olunacaq. Əmsallar cədvəlində 5-6-cı yerləri turan Fransa və Rusiyanın 2 təmsilçisi yarışa birbaşa qrup mərhələsindən qoşulacaq. Bu ölkələrin daha 1 təmsilçisi isə qrup mərhələsinə düşmək üçün 2 mərhələ adlamalıdır.
Portuqaliya, Ukrayna, Belçika və Türkiyənin 1 klubu qrup mərhələsində iştirak edəcəyi halda, 1 klub da yarışa seçmə mərhələdən başlayacaq. Əmsallar cədvəlində 11 və 12-cı yeri tutan Çexiya və İsveçrənin çempionları isə yarışa sonuncu təsnifat mərhələsindən qoşulacaqlar.
Siyahıdan da göründüyü kimi, 2018/19 mövsümündən etibarən 24 klub ÇL-də mübarizəyə birbaşa qrup mərhələsindən start verəcək.