Runi evə qayıdır

12:03 23 Mart 2017

Ueyn Runi yayda “Mançester Yunayted”i tərk edə bilər.
 

Sportarena.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, təcrübəli forvardın sabiq klubu “Everton”a qayıtmaq ehtimalı yüksəkdir. “Mançester Yunayted”in yayda Runi ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozacağı gözlənilir. Bu səbəbdən də “Everton” keçidə görə “Qırmızı şeytanlar”a pul ödəmiyəcək. Runinin yeni klubundakı həftəlik qazancı 150 min funt olacaq. 

 

Qeyd edək ki, İngiltərə millisinin üzvü "Everton"un yetirməsidi. 2004-cü ildən məhz bu klubdan MY-ə transfer edilmişdi.


Digər xəbərlər

Xəbər xətti