Podolski dördüncü oldu

14:03 23 Mart 2017

Almaniya milli komandası yoldaşlıq görüşündə İngiltərəni 1:0 hesabı ilə məğlub edib. Qarşılaşmada yeganə qola yığma karyerasında son oyununu keçirən Lukas Podolski imza atıb.

 

Sportarena.az xəbər verir ki, Bundestimin heyətində 130-cu oyununa çıxan hücumçu 49-cu dəfə rəqib qapıçıları məyus etməyi bacarıb. 31 yaşlı futbolçu Almaniya millisinin heyətində ən çox qol vuran 4-cü futbolçudur.

 

Qeyd edək ki, Almaniya millisinin heyətində ən çox qol vuran futbolçu Miroslav Klozedi - 71 qol, İkinci sırada 68 qol Gerd Müller qərarlaşıb. 55 dəfə fəqlənən Yoahim Ştrayx üçüncüdü.


Digər xəbərlər

Xəbər xətti