Rafael Ağayev ata oldu

14:21 23 Mart 2017

Dünya karatesinin "Brilyant oğlanı” Rafael Ağayev ata olub. 

 

Sportarena.az xəbər verir ki, ötən il ailə həyatı quran Ağayevin oğlu dünyaya gəlib.

 

Qeyd edək ki, karatenin "Brilyant oğlanı” karyerası ərzində 5 dəfə Dünya, 10 dəfə isə Avropa çempionu adını qazanıb. Karateçimiz həmçinin 2013-cü ildə keçirilən Dünya Oyunları və Dünya Döyüş Oyunlarında da qızıl medal qazanıb. 


Xəbər xətti