"Zaqatala"ya yeni transferinə görə texniki məğlubiyyət veriləcək?

16:08 23 Mart 2017

Azərbaycan çempionatının Birinci divizionunun 21-ci turunun “Qaradağ Lökbatan” – “Zaqatala” oyununun nəticəsi ləğv olunacaq.

 

Sportarena.az "Apasport"a istinadən xəbər verir ki, bu gün keçirilən oyunda cəzalı futbolçudan yararlanan qonaq komandaya texniki məğlubiyyət verilə bilər. Bu, AFFA-nın İntizam Komitəsinin növbəti yığıncağında rəsmiləşəcək.

 

Məsələ ondadı ki, “Zaqatala” danışılmış oyunlarda iştirak üzündən yarışdan kənarlaşdırılan “Rəvan”ın milliləşən legioneri Tagim Novruzovu heyətinə qatıb. Rusiyalı futbolçu yeni klubuna azad agent statusu ilə keçsə də, cəzası da qalıb.

 

Belə ki, Novruzov 19-cu turun MOİK-lə matçında qırmızı vərəqə aldığı üçün bir oyunluq cəza alıb. Onun cəzasının rəsmiləşdiyi iclasda “Rəvan” çempionatdan xaric edilib. Bu üzdən də futbolçunun cəzası 20-ci turda silinməyib. Çünki “Rəvan”ın oyunu baş tutmayıb.

 

Legioner “Zaqatala”ya keçdikdən sonra isə yeni klubu onu dərhal meydana buraxıb. Bu isə qaydalara zidd olduğundan əyalət klubunu texniki məğlubiyyət gözləyir.


Digər xəbərlər

Xəbər xətti