UEFA prezidenti Aleksandr Çeferin Almaniya Futbol Federasiyasının hakimi Dəniz Aytəkini işindən uzaqlaşdırdığı barədə xəbərlərə münasibət bildirib.
Sportarena.az xəbər verir ki, o, bu iddiaları təkzib edib. Çeferin bildirib ki, D.Aytəkin Çempionlar Liqasının 1/8 finalında "Barselona" - PSJ cavab oyununda verdiyi bəzi qərarlara görə, ancaq tənqid olunub:
"Onu hakimlikdən uzaqlaşdırmamışıq. Biz hansısna epizodu müzakirə edə bilərik. İşdən kənarlaşdırmaq haqda söhbət belə gedə bilməz".
Qeyd edək ki, PSJ Dəniz Aytəkinin idarəçiliyindən narazılığını bildirmişdi.