Kamran Ağayevin durumu necədi? - AFFA açıqladı

11:01 24 Mart 2017

Millimizin əsas qapıçısı Kamran Ağayev məşqlərə başlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı AFFA-nın rəsmi “facebook” hesabı yayıb. Məlumatda bir müddət öncə məşq vaxtı kiçik zədə alan qolkiperin özünü yaxşı hiss etdiyi və komandayla birgə məşq etdiyi qeyd edilib.

 

Qeyd edək ki, millimiz martın 26-da DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya yığmasını qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti