Almaniya millisinin və “Real”ın yarımmüdafiəçisi Toni Kroos açıqlama verib.
Sportarena.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi millimizlə keçirəcəkləri oyun haqda danışıb:
"Uzun yol həmişə xoşagəlməz və yorucu olur. Azərbaycana səfər də bunlardan biridir, yorucu olacaq. Belə olsa da, daha yüksək motivasiya ilə ora yollanmalıyıq. Bizim istəyimiz 3 xalı qazanmaqdır. Səfərdən qələbə ilə dönmək istəyirik və ümid edirəm ki, bunu bacaracağıq".
Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-ı, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.