Fransanın "Sent-Etyen" klubu UEFA tərəfindən 50 min avro məbləğində cərimələnib.
Sportarena.az xəbər verir ki, buna səbəb fransız klubunun azarkeşlərinin "Mançester Yunayted"lə Avropa Liqasının oyununda özlərini yaxşı aparmamasıdı. Azarkeşlərin aqressiv davranışları "Sent-Etyen"i 50 min avro xərcə salıb.
Qeyd edək ki, iki oyunun nəticəsinə görə turu keçən tərəf "Mançester Yunayted" olmuşdu.