Milli komandamızın sabiq baş məşqçisi Berti Foqts Bakıya gəlib.
Sportarena.az xəbər verir ki, o, bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Berti Foqtsla görüşüb. Onun Bakıya gəlmə səbəbi DÇ-2018-in seçmə mərhələsində martın 26-da keçiriləcək Azərbaycan – Almaniya oyununu yayımlayacaq Almaniya televiziyasında ekspert olmasıdı.
Qeyd edək ki, 70 yaşlı mütəxəssis 2008-2014-cü illərdə millimizi çalışdırıb.