DÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşacaq Almaniya yığması daha bir itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Yulian Vayql zədə səbəbindən martın 26-da Bakıda keçiriləcək qarşılaşmanı buraxacaq. Dortmund “Borussiya”sının 21 yaşlı futbolçusunun Bakıya gətirilməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, Bundestimin futbolçuları Manuel Noyer, Mario Qötse, Marko Roys, Jerom Boatenq və Timo Verner də zədəlidir.