Mourinyo Xorvatiyaya getdi - İstədiyi futbolçuya görə

11:42 25 Mart 2017

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo “İnter”in və Xorvatiya millisinin yarımmüdafiçisi İvan Perişiçin xidmətində maraqlıdı.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Portuqaliyalı mütəxəssisin futboçunun transferi üçün 35 milyon avronun ödənilməsinə razı olduğu qeyd edilib. Mourinyonun Perişiçi canlı izləmək üçün Zaqrebə yollandığı və bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutacaq Xorvatiya - Ukrayna oyununu tribunadan izləyəcəyi deyilir.

 

Perişiç cari mövsümdə “İnter”in əsas “silah”larından sayılır. Yarımmüdafiəçi cari mövsümdə 9 qol vurub, 7 dəfə isə qol ötürməsi verib.

 

Qeyd edək ki, 28 yaşlı futbolçunun adı “Mançester Yunayted”dən başqa, “Çelsi” və “Liverpul”un da transfer siyahısında yer alıb.


Digər xəbərlər

Xəbər xətti