19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Rusiyanın Soçi şəhərində təşkil olunmuş "Kuban baharı” turnirində bu gün Krasnodar vilayətinin yığma komandası ilə qarşılaşıb.
Sportarena.az xəbər verir ki, qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızdan qolları Merve Özdemir və Vüsalə Seyfətdinova vurub.
Bu qələbədən sonra Azərbaycan millisi 5-ci yer uğrunda görüşə vəsiqə qazanıb. Komandamızın son rəqibi Rumıniya olacaq.