Almaniyanın “Bild” nəşri millimizin üzvü Renat Dadaşovla bağlı şok iddia irəli sürüb.
Sportarena.az xəbər verir ki, alman həmkarlarımız daha əvvəl Almaniyanın gənclərdən ibarət millisində çıxış edən Renatın Azərbaycanı seçməsinin pulla bağlı olduğunu iddia edirlər:
“Renat Dadaşov kimi futbolçunun Azərbaycan millisini seçməsi qəribədi. O, 17 yaşlı istedadlı futbolçudu, Almaniyada daha parlaq karyerası ola bilərdi. Dadaşov Almaniyanın 17 yaşlılardan ibarət millisində uğurlu çıxış edirdi, özünü yaxşı tərəfdən göstərmişdi. Onun Azərbaycan millisini seçməsində pul böyük rol oynayıb. O, 1 milyon dollar qarşılığında Azərbaycan millisini seçib. “Leyptsiq”da ayına 2500 avro alan futbolçu böyük pullar qazanmaq üçün Azərbaycan millisində oynamağa razılıq verib”.
Qeyd edək ki, Renat Dadaşovun DÇ-2018-in seçmə mərhələsində sabah keçiriləcək Azərbaycan - Almaniya oyununda millimizin heyətində debüt edəcəyi gözlənilir.