İrlandiya yığmasının futbolçusu Şeymus Koulman ağır zədələnib.
Sportarena.az xəbər verir ki, Uelslə DÇ-2018-in seçmə mərhələsində keçirilən oyun zamanı Koulmanın ayağı sınıb. İrlandiya yığmasının baş məşqçisi Martin Onil oyundan sonra keçirilən mətbuat konfransında bu barədə məlumat verib. Hadisə qarşılaşmanın 69-cu dəqiqəsində baş verib. Uels yığmasının futbolçusu Nil Teylor sürüşmə fəndi edib və nəticədə Koulmanın ayağını sındırıb.
Teylor meydandan qovulub. Qarşılaşma isə 0:0 hesabı ilə yekunlaşıb.