DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah millimizin qonağı olacaq Almaniya yığmasının futbolçusu Sami Kxedira oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, “Yuventus”lu əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Bizim üçün vacib oyundu. Tam qüvvəmizlə oynamalıyıq. Burda keçirdiyimiz son oyunda 2:0 qalib gəlmişdik (3:1-red). Bizi çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, burdan 3 xalla ayrılaq.
- Avropa çempionatının seçmə mərhələsinə bir qədər pis başlamışdız. Bu dəfə isə daha yaxşı start götürmüsüz. Ötən seçmə qrupla budəfəki arasında hansı fərqləri görürsüz?
- DÇ-2014-dən sonra bəzi oyunçular milli karyerasını bitirmişdi. Bəzi oyunçularımız isə zədəli idi. Həmin seçmə mərhələdə bu amillər müəyyən rol oynadı. Son Avropa çempionatında istədiyimiz nəticəni əldə edə bilmədik. Ancaq dünya çempionatında daha yaxşı çıxış etməyi qarşımıza məqsəd qoymuşuq. Sabah burdan yaxşı nəticə ilə ayrılmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik.
- Son illər zədədən tez-tez əziyyət çəkirdiz. İndi isə geri qayıtmısız. Komandadakı rolunuzu necə görürüsüz?
- Hazırda karyeramın zirvəsindəyəm. Bu yaxınlarda 30 yaşımı qeyd edəcəm. Məncə, komandada öz yerim var. Baş məşqçiylə söhbətdə də görürəm ki, komanda üçün vacib oyunçuyam.
- Burda əvvəl də olmusuz. Bakı barədə təəssüratlarınız necədi?
- Komanda yoldaşlarım şəhəri gəzməyə getsə də, mən getmədim. İstirahət etməyi üstün tutdum.