"Azərbaycan millisi çox inkişaf edib" - Yoahim Löv - MÜSAHİBƏ

17:59 25 Mart 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah millimizin qonağı olacaq Almaniya yığmasının baş məşqçisi Yoahim Löv oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

 

Sportarena.az xəbər verir ki, Löv öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Məqsəd aydındı. Bura üç xal qazanmaq üçün gəlmişik. Əsas hədəfimiz odu ki, yaya kimi bütün oyunlardan üç xalla ayrılaq. Qarşıda bizi San Marino ilə oyun gözləyir. Həmin oyunda da qələbədən başqa heç bir nəticəylə razılaşa bilmərik. Bura gəlmək üçün uzun yol qət etmişik. Ancaq bu, bəhanə ola bilməz.

 

- Komandada hansı itkilər var? 
- Bir neçə oyunçunun zədəsi var idi. Ancaq hazırda bütün oyunçular sabah meydana çıxmağa tam hazırdı. Yalnız Məsut Özillə bağlı məsələ hələ tam aydın deyil.

 

- Sabahkı oyunda qapıda kim yer alacaq?
- Ter Şteqen İngiltərə ilə oyunda yaxşı təsir bağışladı. Amma sabah qapıda kimə şans verəcəyim hələ tam bəlli deyil. Məşqdən sonra oturub danışıb, qərar verəcəyik.

 

- Andre Şürrleni milliyə dəvət etsəz də klubunda çox da şans qazanmır...
- Şürrlenin oynamaması heç də yaxşı hal deyil. O, özünü məşqlərdə yaxşı tərəfdən göstərir. Klubunda mütəmadi olaraq şans qazanmayan başqa oyunçular da var. Məsələn Kimmix. Ancaq buna görə onları kənarda saxlamaq olmaz.

 

- Millimizlə əvvəllər də qarşılaşmısız. Necə düşünürsüz, budəfəki oyun əvvəlkilərdən asan olacaq, yoxsa çətin?
- Komandanız haqqında deyəcəklərimi ölkəyə də şamil edə bilərəm. Ölkədə 2009-cu illə müqayisədə böyük irəliləyiş nəzərə çarpır. Milli üçün də eyni sözlər keçərlidi. Azərbaycan millisi əvvəlki illərlə müqayisədə həm taktiki, həm də oyun planında çox inkişaf edib. Norveçi məğlub edirsənsə, Çexiya ilə səfərdə heç-heçə edirsənsə, bu, inkişafın göstəricisidi. İndi Azərbaycan millisi daha yaxşı müdafiə olunmağı bacarır. Məncə, əvvəlki yığmayla müqayisədə inkişaf nəzərə çarpır.

 

- Antonio Rudigerin uzun müddət oyun təcrübəsi olmasa da, İngiltərəyə qarşı matçda şans verdiz...
- Çox güman ki, o, sabah da oynayacaq. Ona Mats Hummelsin yanında şans verəcəm.

 

- Sabah Almaniya millisində kapitan kim olacaq?
- Sabah Sami Kxedira komandanı meydana kapitan kimi çıxaracaq. Çünki o, əsl peşəkardı. Məncə, kapitanlığa ən uyğun futbolçu məhz odu.

 

- Bəzi oyunçularınızın millidə oynamağa həvəsli olmadığı deyilir...
- Mənim müşahidəm ondan ibarətdi ki, oyunçular milliyə həmişə sevinə-sevinə gəlirlər. Məncə, yığmada oynamaq hər bir oyunçu üçün əsasdı. Hətta bəzi oyunçular kənarda qaldıqlarına görə inciyirlər də.

 

- Sabah Mario Qomesə şans verəcəksiz?
- Qomes son vaxtlar yaxşı formadadı. Sabah ona əsas heyətdə şans verəcəm.

 

- Azərbaycan millisinin qrupda 2-ci olmaq şanslarını necə dəyərləndirirsiz?
- 4 oyunda 7 xal yaxşı nəticədi. Hər şey Çexiya və Şimali İrlandiya ilə oyunlarda müəyyənləşəcək. Bu oyunlarda yaxşı nəticə qazansalar, niyə də 2-ci olmasınlar?


Digər xəbərlər

Xəbər xətti