"Bizim üçün fürsətdi" - Rəşad Sadıqov - MÜSAHİBƏ

20:24 25 Mart 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Almaniyanı qəbul edəcək millimizin kapitanı Rəşad Sadıqov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, kapitan öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Qrupun ən güclü komandası Almaniyadı. Bunu nəticələri ilə sübut ediblər. Görüşə həmişə olduğu kimi ciddi yanaşırıq. Əlimizdən gələni edəcəyik ki, sabah maraqlı oyun olsun və yaxşı nəticəyə imza ataq. Rəqib hərtərəfli, yaxşıdı. Bəzi komandalar uzun ötürmələrdən və ya atletik oyundan istifadə edir. Amma Almaniya yığması hərtərəfli komandadı. 90 dəqiqə diqqətli olmalıyıq. Almanlar səhvi bağışlamırlar. Sabahkı matç haqda çox danışmaq yox, meydanda əlimizdən gələni etmək lazımdı.

 

- Oyunun bütün biletlərinin satılması sizə necə təsir edəcək?
- Bu, bizim üçün sevindirici haldı, əlavə stimuldu. Yəqin ki, belə azarkeşlər qarşısında oynamaq rəqibə problem yaradacaq. Bizim üçün bir fürsətdi. Hər dəfə bu qədər azarkeş qarşısında oynamırsan. Öz azarkeşlərimiz, eləcə də, Tofiq Bəhramov adına Respublika stadionunda oynamaq üçün darıxmışıq.

 

- Almaniya mətbuatında yayılan xəbərə görə, Renat Dadaşova millidə oynaması qarşılığında 1 milyon avro verilib. Bu xəbərə münasibətiniz necədi?
- Düşünmürəm ki, kimsə bizim düşərgədə nəsə çaxnaşma yaratmaq istəyir. Mətbuat işçisidi, amma təsdiqini tapmamış məlumatdı. Biz buna önəm vermirik. Renat çox perspektivli oyunçudu. Azərbaycan yığmasını seçməsi sevindirici haldı. Ola bilsin, kimsə onu ləkələmək istəyir. Renat insan kimi də yaxşı insandı. Düşünürəm ki, Azərbaycana olan məhəbbətindən bizim millini seçib.


Digər xəbərlər

Xəbər xətti