Millimizin hücumçusu Ramil Şeydayev bu gün DÇ-2018-in seçmə mərhələsində bəzi azərbaycanlı azarkeşlərin Almaniyanı dəstəkləmək istəyinə münasibət bildirib.
Sportarena.az xəbər verir ki, AFFA-nın rəsmi Feysbuk səhifəfəsinə açıqlamasında o deyib:
“Hər kəs istədiyi milli komandaya azarkeşlik edə bilər. Ancaq öz ölkəsinin yığmasının oyununda rəqib komandaları dəstəkləyənləri başa düşmürəm”.
Yayılan məlumata görə, bu gun 20-dək azərbaycanlı azarkeş Respublika stadionununda alman azarkeşlər arasında yer alaraq rəqib komandaya dəstək verəcək.