DÇ-2018-in seçmə mərhələsində evdə Almaniyaya uduzan (1:4) Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz oyunla bağlı fikirlərini bildirib.
Sportarena.az xəbər verir ki, “Bursaspor”un üzvü almanlara qarşı oynamağın asan olmadığını deyib:
“Almaniya çox yaxşı komandadı. Dünya və Avropa çempionu olan komandaya qarşı oynadıq. Onlara qarşı mübarizə aparmaq asan deyil. Pozitiv düşünürük. İrəlidə oyunlarımız var və inanırıq ki, qrupdan çıxa biləcəyik”.