“Aydın məsələdi ki, rəqibimiz çox güclü idi. Əlimizdən gələn hər şeyi etdik, amma belə alındı. Təəssüflənirik”.
Sportarena.az xəbər verir ki, bu sözlər millimizin futbolçusu Cavid Hüseynova məxsusdur. Millimiz DÇ-2018-in seçmə mərhələsinin 5-ci turunda öz meydanında son dünya çempionu Almaniya yığmasına uduzub – 1:4. Matçdan sonra jurnalistlərə açıqlama verən Hüseynov fikirlərini bildirib.
"Oyundan əvvəl çox ümidli idik ki, 1 xal qazanacağıq. Düşünürəm ki, öz səhvlərimiz ucbatından asan qollar buraxdıq. Rəqibimiz sadə futbol oynasa da, etdiyi hücumlardan nəticə çıxara bildi. Növbəti oyunda rəqibimiz Şimali İrlandiyadır. Düşünürəm ki, bu oyunda yalnız qələbə qazanmalıyıq. Əgər qrupdan çıxmaq istəyiriksə, bundan sonrakı oyunlarda qələbə qazanmalıyıq”.