"Dünya çempionuna qol vurmaq əla hissdi" - Dmitri Nazarov - AÇIQLAMA

12:58 27 Mart 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniyaya 1:4 hesabıyla uduzan millimizin yarımmüdafiəçisi Dmitri Nazarov oyundan sonra fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, oyunda yığmamızın yeganə qoluna imza atan Nazarov Almaniyaya qol vurduqdan sonra klubunda, “Aue”də ona daha çox şans veriləcəyinə inandığını deyib:

 

“Dünya çempionuna, yaşadığım ölkənin qapısına qol vurmaq əla hissdi. Almaniya qrupumuzda qapısında qol görməyən yeganə komanda idi. Heç kim onlara qol vurmağı bacarmırdı. Stadion azarkeşlərlə tam dolmuşdu. Bu, azərbaycanlıların oyuna olan marağından xəbər verirdi. Hesabı bərabərləşdirdikdən sonra qapımızda növbəti qolu gördük və bu, bizi şoka saldı. Vəziyyəti öz xeyrimizə dəyişmək çox çətin idi.

Bundan sonra Almaniyaya getməli və klubumdakı məşqlərimi bərpa etməliyəm. Fikrimcə, Almaniyaya qol vurduqdan sonra baş məşqçimizin qarşıdakı oyunlarda mənə güvəni daha da artacaq”.


Digər xəbərlər

Xəbər xətti