Reynaldo zədələnib - "Qalatasaray"a qarşı oynaya bilməyəcək?

15:56 27 Mart 2017

“Qarabağ”dan “Adanaspor”a transfer olunan Reynaldo Silva zədələnib.

 

Sportarena.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb. Braziliyalı futbolçunun müalicəsi davam etdiyindən o, komandasının son məşqlərinə qatılmayıb. Onun aprelin 3-də superliqada “Qalatasaray”a qarşı matçda iştirak edib-etməyəcəyi bilinmir.

 

Qeyd edək ki, Reynaldo son olaraq martın 11-də “Karabükspor”la oyunda meydana çıxıb.


Digər xəbərlər

Xəbər xətti