Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov istefa verməsi ilə bağlı az öncə xəbər vermişdik.
Sportarena.az xəbər verir ki, nə qədər qəribə görünsə də, İlümjinov vəzifəsindən getmədiyini deyib və federasiyanın saytında yerləşdirilən məlumatı təkzib edib:
"Məni vəzifədən götürmək istəyirdilər, amma bunu bacarmadılar. Mən heç nəyi imzalamamışam və istefaya getməyəcəyəm”.
Qeyd edək ki, artıq bir sıra mətbu orqanlarda FİDE-də ciddi qalmaqalların yaşandığı barədə xəbərlər yayılmağa başlayıb. Ancaq baş verənlərin təfərrüatları haqqında hələ ki geniş informasiya yoxdur.