Penaltiyə etiraz etdilər, 35 min cərimələndilər

22:38 27 Mart 2017

İngiltərə Futbol Assosiasiyası (İFA) “Mançester Siti”ni cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, buna “şəhərlilər”in futbolçularının İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində “Liverpul”a qarşı ev oyununda etdiyi hərəkət səbəb olub. Belə ki, qapılarına penalti təyin edilən Mançester təmsilçisinin üzvlərinin kəskin etirazı assosiasiya tərəfindən 35 min funt-sterlinq dəyərində cəzayla qiymətləndirilib. Bu barədə məlumatı İFA-nın saytı yayıb.

 

Qeyd edək ki, “Mançester Siti” - “Liverpul” oyunu 1:1 hesablı bərabərliklə nəticələnmişdi.


Digər xəbərlər

Xəbər xətti