Almaniyada Azərbaycanla oyuna maraq olmayıb

11:34 28 Mart 2017

DÇ-2018-in seçmə mərhələsində Almaniyanın Azərbaycanı 4:1 hesabı ilə udduğu oyunu rəqib ölkədə yayımlayan RTL kanalı reytinqlərdə zəif göstərici əldə edib. 

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanı adıçəkilən kanaldan 8,23 milyon insan izləyib. Bu, Almaniyadakı televiziya bazarında tamaşaçıların 31,5 faizi deməkdir. 

 

Alman mətbuatına görə, digər idman verilişləri Azərbaycanla oyundan daha maraqlı alınıb.


Digər xəbərlər

Xəbər xətti