"Milan"ın qapıçısı millidə 105 illik rekordu yenilədi

13:47 29 Mart 2017

“Milan”ın qapıçısı Canluici Donnarumma İtaliya millisinin tarixinə düşüb. 
 

Sportarena.az xəbər verir ki, Donnarumma “Skuadra Azzura”nın tarixinə start heyətində yer alan ən gənc qapıçı kimi düşüb. O, 18 yaş 31 günlüyündə, Hollandiya ilə yoxlama oyununda bu uğura nail olub.
 

Bununla da “Milan”lı qapıçı 105 illik rekordu qırıb. Buna qədər İtaliya sığmasının start heyətində yer alan ən gənc qapıçı Pyero Kampelli olub. O, 1912-ci ildə 18 yaş, 6 ay və 9 günlüyündə “Skuadra Adzurra”nın ilk “11-liy”ində yer alıb. 

 


Digər xəbərlər

Xəbər xətti