Qətər Azərbaycana müraciət etdi - DÇ-2022 ilə bağlı - AÇIQLAMA

14:06 29 Mart 2017

"Qətər dövləti orada keçiriləcək futbol üzrə dünya çempionatı üçün lazım olan işçi qüvvəsi ilə bağlı tək Azərbaycana deyil, əmək resurslarının artıqlığı olan ölkələrin hamısına müraciət edib”.

 

Sportarena.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, Qətər dövləti ilə bu istiqamətdə müvafiq dövlətlərarası müqavilənin hazırlanması prosesinə başlanılıb:  

 

“Təəssüf ki, Prezidentin Qətərə səfərinə qədər bunu yekunlaşdıra bilmədik. Çünki orada müəyyən məsələlər var ki, Qətər dövlətinin işçi qüvvəsinə hansı zəmanətləri verəcəkləri müəyyən qədər açıq qalmışdı. Hazırda bunun üzərində işlər gedir. Prezidentin göstərişi ilə bu istiqamətdə çox ciddi işləyirik”.

 

Nazir qeyd edib ki, proses çərçivəsində həmin dövlətin müvafiq qurumları ilə məsləhətləşmələr aparılır:

 

“Futbol oyunundan söhbət gedirsə, təbii ki, daha çox tikinti və inşaat sektorunda işçi qüvvəsinə ehtiyac olacaq. Çünki orada çoxlu sayda stadionlar inşa olunacaq. Eyni zamanda, xidmət sferasında da işçiyə ehtiyac olacaq. Bütün bunların hamısı dəqiqləşdiriləcək detallaşdırılacaq. 2022-ci ildə Qətərdə keçiriləcək mundialla bağlı 200 milyard dollar investisiya qoyulacaq”. (Report)


Digər xəbərlər

Xəbər xətti