Almeyda zədələnib - "Neftçi"yə qarşı oynamayacaq?

14:53 29 Mart 2017

Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, "Qarabağ" səfərdə "Neftçi"ylə qarşılaşacaq. Qonaq komanda bu görüşə Riçard Almeydasız çıxa bilər. Yarımmüdafiəçi bu gün MRT müayinəsindən keçəcək və bundan sonra onun sabahkı matçda iştirak edib-etməyəcəyinə aydınlıq gələcək.

 

Bundan başqa müvafiq olaraq, Albaniya, Bosniya və Hesoqovina millilərinin heyətində yer alan Ansi Aqolli və İbrahim Şehiç bu gün Bakıya qayıdacaqlar.

 

Qeyd edək ki, sözügedən matç martın 30-da "Bakcell Arena"da keçiriləcək və saat 19:30-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti