“Böyük bir komandaya keçdim. Ümid edirəm ki, bu formanı uzun illər geyinəcəm. “Bursaspor”u uşaqlığımdan bəri izləyirəm. 2010-cu ildəki çempionluğu da yaxşı xatırlayıram".
Sportarena.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət millimizin yarımmüdafiəçisi Ozan Can Kökcü "Bursaspor"la 4 illik müqavilə imzaladıqdan sonra klubun rəsmi saytına deyib. O, sözlərini belə davam etdirib:
"Uşaq vaxtı çıxış etdiyim “Qroningen”in çalışdırıcısı daha əvvəl Türkiyədə oynadığı üçün ondan türk futbolu haqqında soruşmuşdum. O isə mənə öz üzərində çox işləsən, yaxşı yerlərə gələ bilərsən demişdi. Mən də “Bursaspor”u seçdim. Ən sevdiyim oyunçu isə kapitan Pablo Batalladır. Çox yaxşı futbolçudur"