“Yuventus”un yarımmüdafiəçisi Marko Pyatsa uzun müddət komandasına kömək edə bilməyəcək.
Sportarena.az xəbər verir ki, 21 yaşlı futbolçu Xorvatiya millisinin heyətində Estoniyaya qarşı yoxlama oyununda (0:3) sıradan çıxıb. Bu barədə məlumatı Xorvatiya Futbol Federasiyası yayıb.
Məlumatda zədələnərək oyunu yarımçıq tərk edən gənc futbolçunun diz bağlarında yırtıq aşkarlandığı qeyd edilib. Əməliyyat olunacaq Pyatsa 8 aya yaxın yaşıl meydanlardan kənara qalacaq