“Bursaspor”un gənc hücumçusu Kubilay Kanatsızkuş Portuqaliyanın “Benfika” klubunun diqqət mərkəzinə düşüb.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə Lissabon klubunun Türkiyə U-21 millisinin üzvünün xidmətində maraqlı olduğu qeyd edilib. Futbolçunun xidmətində “Qalatasaray” və “Trabzonspor”un da maraqlı olduğu deyilir. 20 yaşlı futbolçunun diqqət mərkəzinə düşməsinə son vaxtlar sərgilədiyi məhsuldarlıq böyük rol oynayıb.
Qeyd edək ki, Kubilay iki gün öncə Azərbaycan və Türkiyə U-21 millilərinin İstanbulda baş tutmuş yoldaşlıq oyununda (4:0) dubla imza atmışdı. Gənc hücumçu cari mövsümdə “Bursaspor”un heyətində meydana çıxdığı 21 oyunda 5 qola, 1 məhsuldar ötürməylə yadda qalıb.