Martın 30-31-də Belarusun paytaxtı Minsk şəhərində FİFA-nın təşkilatçılığı ilə milli assosiasiyaların baş katibləri və inkişaf menecerləri üçün seminar təşkil olunacaq.
Sportarena.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədovun iştirak edəcəyi seminara Belarus, Bolqarıstan, Estoniya, Ermənistan, Finlandiya, Gürcüstan, Qazaxıstan, Latviya, Litva, Moldova, Polşa, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukrayna futbol federasiyalarının nümayəndələri qatılacaq.