Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə “İnter”ə qalib gələn (3:1) “Qəbələ” cavab oyunu öncəsi böyük üstünlük əldə edib.
Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Komandanızın çoxsaylı qol fürsətlərini boşa verməsi nə ilə bağlıdı?
- Bunun bir neçə səbəbi var. Əsas isə ustalıq səviyyəsidi. Qurulmuş hücum zamanı oyunçuların ustalıq səviyyəsi lazımdı ki, epizodu qola çevirsinlər. Ancaq bu, oyunçularımızda kifayət qədər deyil. Digər tərəfdən oyunçularımıza yazığım gəlir ki, qol fürsətləri yaratsalar da bu fürsətlərdən lazımınca istifadə edə bilmirlər.
- Burdan çıxdıqdan sonra otele yollanacaqsız, yoxsa “Neftçi” - “Qarabağ” oyununa?
- Xeyr, otelə gedəcəm. Komanda istirahət etməlidi.
- Subotiç əvəzlənərkən məyus görünürdü...
- Onu başa düşmək olar. 2 qol vurdu daha çox qol vura bilərdi. Buna görə, onun pərt olmasını başa düşmək olar.
- “Qəbələ”nin bir qolu sayılmadı...
- Məncə, həmin epizodda qol var idi. Ancaq 4-cü hakim mənə dedi ki, bizim oyunçumuz rəqibin qarşısını kəsirdi, buna görə, qol qeydə alınmayıb.